Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkarlanıb

10.08.2020 15:55

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən çayxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyənləşdirilib. Məkana baxış zamanı 10 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar cərimə olunublar.

© xezerxeber.az


294 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR