İmişlidə dələduzluqla məşğul olan qadına cinayət işi açılıb

08.08.2020 13:45

İmişli rayonunda dələduzluqla məşğul olan qadın saxlanılıb.

İmişli rayon polis şöbəsinə sakinləri tərəfindən aldıdılmaları ilə bağlı məlumat verilib. Daxil olan məlumat əsasında keçirilən əməliyat axtarışları zamanı İmişli rayon sakini Sevda Quliyeva polis əməkdaşları  tərəfindən saxlanılıb. Keçirilən istintaq tədbirləri zamanı saxlanılan şəxsin müxtəlif vaxtlarda etdiyi dələduzluq əməlləri də üzə çıxıb. Belə ki, adı çəkilən şəxs etibardan sui-istifadə edərək 2019-cu ildə Sarızadə Şəmayil Qara qızına yalan vəd verərək onun 2000 manat pulunu ələ keçirib. Həmçinin S.Quliyeva rayon sakini Xanmədova Züleyxa adlı şəxsidə müxtəlif bəhanə ilə aldadaraq 9000 manat dəyərində 108 qram çəkidə qızıl zinət əşyaları əldə edərək dələduzluq edib.

Bundan başqa Sevda Quliyeva rayon sakini Şahin Əhmədovu aldadaraq ona avtomobil satmaq adı ilə ziyan vurub. Eyni əməllə S.Quliyeva rayon sakini Zəkəray Cəfərovuda aldadıb. Bundan başqa adı çəkilən şəxs saxta ABŞ dollarından istifadə edərək qızıl zinət satıcısı olan Ağacanov Tofiqi qarşı dələduzluq edib.

Hazırda faktla bağlı Azərbaycan respublikası CM-nin  178.2.2,  178.2.4 və 204.1 maddələri ilə cinayət işi açılıb istintaq davam etdirilir. Saxlanılan şəxs tərəfindən zərər çəkən sakinlər İmişli rayon Polis şöbəsinə müraciət etmələri bildirilir.

© xezerxeber.az

FOTOQALERIYA






424 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR