Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Polis ziyarətgaha toplaşanları saxladı - 19 nəfər cərimələndi

04.08.2020 14:37

İsmayıllıda karantin qaydalarını pozaraq, bir yerə toplaşıb ziyarətgaha gedən şəxslər cərimələnib.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.

20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub. Orada olan 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol tərtib edilərək, cərimə olunublar.

© xezerxeber.az


366 dəfə oxunub

ÇOX OXUNANLAR