Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Sumqayıtda karantin qaydalarına əməl etməyənlər cərimələndi

03.08.2020 18:16

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.

Reydlər zamanı alıcıların içəriyə maskasız daxil olmağına göz yuman market əməkdaşları məsuliyyətə cəlb ediliblər. Həmçinin kassirləri maska və əlcəksiz işləyən obyekt sahibləri barəsində də protokollar tərtib olunub. Tədbir zamanı həmçinin avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər və sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər.

Sumqayıt şəhəri ərazisində karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək və təsdiq edilmiş sanitar-karantin qaydalarına əməl etməyən şəxslər barəsindəsərt intizam tədbirləri görüləcəkdir.

© xezerxeber.az


320 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR