Ermənistanda koronavirusa yoluxanların sayı 40 minə çatır

03.08.2020 12:15

Ermənistanda daha 52 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 102-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 762-yə çatıb. İndiyədək 29 861 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 8 251 aktiv koronavirus xəstəsi var./report

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR