Ötən gün baş vermiş yol qəzalarında 5 nəfər ölüb

14.07.2020 14:57

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 25 cinayətin üstünü "isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.

© xezerxeber.az


459 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR