Sabunçu rayonunda quldurluq edən keçmiş məhkum saxlanılıb

09.07.2020 18:38

Sabunçu rayonunda quldurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, iyulun 8-də Bakı şəhər sakini T.Zeynalovu bıçaqla hədələyib 500 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Şahalıyev Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© xezerxeber.az


472 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR