Abşeronda yolu keçmək istəyən piyadanı avtomobil vurub

09.07.2020 17:03

Abşeron rayonunun Mehdiabad kəndində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 2010-cu il təvəllüdlü piyada Taleh Ramazanov yolu keçərkən onu avtomobil vurub.

Xezerxeber.az xəbər verir ki, oğlan dərhal xəstəxanaya yerləşdirilib, həkimlər ona ayağın açıq sınığı diaqnozu qoyublar.

Rayon polisi faktla bağlı araşdırma aparır.

© xezerxeber.az


290 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR