Ramana qəsəbəsində güclü yanğın baş verib

06.07.2020 12:48

Sabunçu rayonunun Ramana qəsəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli ikiotaqlı ev, yaxınlıqda ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin dam örtüyü və 110 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün 30 kvadratmetri yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


323 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR