Paytaxtda “Shacman” piyadanı vurub öldürdü

04.07.2020 17:11

Paytaxtda piyada ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 4-də saat 01 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Quba rayon sakini Z.Abbasov idarə etdiyi "Shacman" markalı avtomobillə yolu keçən 30-40 yaşlı kişini vurub.

 
Piyada hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


251 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR