Bakıda yük maşını piyadanı vuraraq öldürdü

04.07.2020 14:03

Nərimanov rayonu Ziya Bünyadov prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə iyulun 4-də gecə saat 1 radələrində qeydə alınıb.

Quba rayon sakini Z.Abbasov idarə etdiyi "Shacman” markalı avtomobillə yolu keçən 30-40 yaşlı kişini vurub.

Piyada hadisə yerində ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

13.08.2020 13:50

Sabah hava necə olacaq?

ÇOX OXUNANLAR