Azərbaycanda deputatın yaxın qohumu koronavirusdan öldü

06.06.2020 16:31

Milli Məclisin deputatı Aydın Mirzəzadənin əmisi qızı koronavirusdan vəfat edib.


XəzərXəbər xəbər verir ki, bu barədə report-a deputatın özü məlumat verib.

Onun sözlərinə görə, 64 yaşlı əmisi qızı dünən koronavirusdan ölüb: "Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Onu Goranboyda olan xəstəxanaların birində iki gün süni nəfəs aparatına qoşsalar da, həkimlər həyatını xilas edə bilmədilər. Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur".

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

07.07.2020 09:35

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR