Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

İsmayıllıda dəhşətli hadisə - Piyadanı öldürdü, hadisə yerindən qaçdı

06.06.2020 10:58

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən Elçin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Qeyd edək ki,  hadisə ötən il İsmayıllı şəhərində qeydə alınıb. Belə ki, Məmmədov Elçin Əlizadə oğlu idarə etdiyi 10-FD-092 dövlət nömrə nişanlı "VAZ 21011" markalı avtomobillə yolu keçən piyada, 1969-cu il təvəllüdlü Adıgözəlov Asif Ramazan oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb, hadisəni törədən şəxs qaçıb. 

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR