Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda sevgilisinin boğazını kəsən qadının işi ilə bağlı - Yeni xəbər

03.06.2020 15:51

Bakıda qətl hadisəsi örətməkdə təqsirləndirilən Şahanə Fəxrətovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 5-nə təyin olunub.

Qeyd edək ki, Hövsan qəsəbəsində 1986-ci il təvəllüdlü Ruslan Fəxrətov boğazını bıçaqla kəsərək intihar etməsi və qanaxmadan dünyasını dəyişməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Hadisə ilə bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları zamanı hadisənin intihar deyil, qətl olduğu ortaya çıxıb.

Məlum olub ki, Ruslan Fəxrətov Şahanə Fəxrətova tərəfindən qətlə yetirilib.

İstintaq orqanı tərəfindən Şahanə Fəxrətovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


© xezerxeber.az


254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR