Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Körpəni diri-diri dəfn etdilər - Qəbiri təkrar qazdıqlarında isə...

26.05.2020 11:31

Hindistanın Qucarat ştatında valideynlər öz körpələrini səhvən diri-diri torpağa basdırıblar.

Bu barədə "The Indian Express” qəzeti məlumat yayıb.

Məlumata görə, yoldan keçən bir nəfər qızcığazı xilas edib. Belə ki, o, qəbiristanlığın yanından keçərkən qəbirdən səs gəldiyini eşidib. Qəbirin yenidən qazılmasına kömək etməsi üçün qonşularını çağırıb. Sonra isə həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çağırılıb.

Yerli sakinlər təcili tibbi yardımı gözləməməyi qərara alıb və qəbirdən çıxan uşağı özləri poliklinikaya aparıblar. Həkimlər körpəni tanıyıblar. Məlum olub ki, o, bir gün əvvəl elə bu poliklinikada dünyaya gəlib. Körpə hamiləliyin 24-cü həftəsində, yəni vaxtından iki ay yarım əvvəl doğulub. Poliklinikada yeni doğulmuşlar üçün reanimasiya yox imiş, buna görə də həkim valideynlərə qızlarını özəl xəstəxanaya aparmağı tövsiyə ediblər.

Valideynlər özləri isə bildiriblər ki, uşaq özəl xəstəxanaya aparılarkən yolda hərəkət etməyi dayandırıb. Bundan sonra ailə onu dəfn etmək qərarına gəlib.

Xilas olunan qız reanimasiyaya alınıb, lakin o, 30 saatdan sonra keçinib./Teleqraf.com

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR