Mingəçevirdə bir mənzildə qaz sobasının üzərindəki maye dolu qabın partlaması nəticəsində ər və arvad yanıq xəsarətləri alıb.
XəzərXəbər APA-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsi 4A saylı binanın mənzillərindən birində qeydə alınıb.
Məlumata görə, gözlənilmədən soba üzərindəki qaynar maye ilə dolu qazan partlayıb və ərlə arvadın üzərinə dağılıb. Müxtəlif yanıq xəsarətləri alan 1987-ci il təvəllüdlü İbrahimov Rahim Tofiq oğlu və 1989-cu il təvəllüdlü İbrahimova Fərqinə Akif qızı xəstəxanaya çatdırılıb. Hər iki şəxsə dərhal lazımi tibbi yardım göstərilib.
© xezerxeber.azƏksər küçə və prospektlərdə yağış barmaqlıqları yoxdur - VİDEO
Sərxoş sürücülərə qarşı cəzalar daha da sərtləşdirilir - VİDEO
İki ölkə arasında gərginliyə səbəb olacaq qərar - 16 vyetnamlı...
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB