Bakıda quldurlar taksi sürücüsünə hücum etdi

23.05.2020 11:36

Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxslər yaxalanıb.

Bakı şəhər sakini Xəyyam Arıqovun idarə etdiyi "Khazar”markalı avtomobilə üçnəfər naməlum şəxs əyləşərək, onu hədələyib. Həmin şəxslər sürücünün 100 manatını alaraq, hadisə yerindən qaçıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi, Suraxanı Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi üzrəhəbs olunmuş 1992-ci il təvəllüdlü İsa Məmmədov, 1977-ci il təvəllüdlü Samir Mustafayev və 1992-ci il təvəllüdlü Namiq Abbasov saxlanılıblar.

Faktla bağlı cinayət işinə başlanılıb.

© xezerxeber.az


67 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR