Çətənə yetişdirən Nardaran və Maştağa sakinləri tutuldu

21.05.2020 12:37

Xüsusi karantin rejimi dövründə Bakının Sabunçu rayonunun Maştağa və Nardaran qəsəbələrinin ikisakini çətənə yetişdirməklə məşğul olub.

Mayın 19-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən ümumi çəkisi 2 kiloqram485 qram olan 123 narkotik tərkibli bitki kolu aşkarlanıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

1992-ci il təvəllüdlü Maştağa sakini Məşədi Bağırov öz sahəsində 43 çətənə kolu yetişdirdiyinə görə tutulub.

1985-ci il təvəllüdlü Nardaran sakini Ağarzu Ağayev 1 kiloqram805 qramağırlığında 83 çətənə kolu yetişdirdiyinə görə məsuliyyətə cəlb edilib.

Narkotik tərkibli bitkilər satış üçün becərilib.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

© xezerxeber.az


341 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR