Zığ şossesində ağac aşıb, yolu bağladı - Nazirlik HƏRƏKƏTƏ KEÇDİ

21.05.2020 11:58

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 1B ünvanında ağacın kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda güclü külək nəticəsində qovaq ağacının aşdığı müəyyən edilib. Aşan qovaq ağacı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən doğranaraq ərazidən yığışdırılıb.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti mayın 17-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi barədə əvvəlcədən məlumat verib.

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR