Xalası qızının keçmiş əri ilə 28 yaşlı qızı bıçaqladı

21.05.2020 09:11

Göygöl rayonunun Zurqes kəndində 25 yaşlı Yusif Rəhimov və 28 yaşlı G.Hüseynova bıçaqlanıb.

Hər iki şəxs əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Hazırda cərrahiyyə əməliyyatı keçirən yaralılardan birinin vəziyyəti orta-ağır, digərininki isə kafi olaraq qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü Aslan Musa oğlu Verdiyev saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, Y.Rəhimov A.Verdiyevin xalası qızının keçmiş həyat yoldaşıdır. Hadisənin şəxsi münaqişə zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

© xezerxeber.az


319 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR