"Nissan", "Kia" və "Opel" toqquşdu - ÖLƏN VƏ YARALANANLAR VAR

18.05.2020 14:26

Mayın 18-nə keçən gecə Bərdə şəhəri ərazisində zəncirbvari yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, şəhər sakinləri İ.Mustafayevin idarə etdiyi "Nissan”, F.Əliyevin idarə etdiyi "Kia” və Gəncə şəhər sakini T.Əliyevin idarə etdiyi "Opel” markalı avtomobillər toqquşub. Nəticədə T.Əliyev və sərnişini Elgün Məmmədov, habelə F.Əliyevin sərnişini A.Əliyev xəstəxanaya yerləşdirilib. Elgün Məmmədov tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR