82 yaşlı kişi qoyun sürüsünün altında qalıb öldü - Göyçayda ŞOK HADİSƏ

18.05.2020 12:15

Göyçay rayonunda ölüm hadisəsi baş verib.

Hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1938-ci il təvəllüdlü Səməndər Məmmədov qoyun sürüsünün altında qalaraq yıxılıb və xəsarət alıb.

Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Məmmədov orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır. (report)

© xezerxeber.az


268 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR