Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Binəqədidə gizli fəaliyyət göstərən “Mall” aşkar edilib - FOTO

21.04.2020 16:32

Koronavirus infeksiyasının ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi elan olunmasına baxmayaraq, bəzi obyektlərin fəaliyyət göstərməsi hallarına hələ də rast gəlinməkdədir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbir zamanı "28 May” qəsəbəsi ərazisində yerləşən, paytaxt sakini Qüdrət Alıyevə məxsus "İstanbul Mall” geyim mağazasının gizli şəkildə işlədiyi məlum olub. Obyektə baxış zamanı mağazanın sahib, orada olan müştərilər və işçilər ümumilikdə 8 nəfər müəyyən edilərək bölməyə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi Q.Alıyev və digər şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

© xezerxeber.az

FOTOQALERIYA






172 dəfə oxunub

XƏBƏRLƏR

06.07.2020 09:38

Qazaxda kombayn yanıb

ÇOX OXUNANLAR