Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıda sərxoş şəxs avtomobili polis əməkdaşının üstünə sürdü

20.04.2020 17:03

Ötən gün Bakının Suraxanı rayonunda hakimiyyət nümayəndəsinin qanuni tələblərinə itaətsizlik hadisəsi qeydə alınıb.

Xüsusi karantin rejimininin qaydalarını pozan sərxoş sürücü avtomobili polis əməkdaşının üstünə sürüb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə aprelin 19-da, saat 04:00 radələrində Ramana qəsəbəsində baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları karantinlə əlaqədar qurulan postda "Opel” markalı avtomobili saxlamağa çalışıblar. Lakin sürücü onların tələblərinə məhəl qoymayaraq, idarə etdiyi avtomobili Post-Patrul Xidmətinin əməkdaşı Nurlan Müzəffərlinin (1997-ci il təvəllüdlü) üstünə sürüb. Nəticədə, xəsarət alan asayiş keşikçisi Daxili İşlər Nazirliyinin xəstəxanasına yerləşdirilib.

Polislər qanunu pozan Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Sahir Nəsibovu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

06.07.2020 09:38

Qazaxda kombayn yanıb

ÇOX OXUNANLAR