Koronavirus xəstəsi polisi bıçaqladı - Rusiyada

20.04.2020 16:58

Rusiyanın Yekaterinburq şəhərində koronavirusa yoluxmuş xəstə polis əməkdaşını bıçaqlayıb.

Həmin şəxs xəstəxanaya getməkdən imtina etdiyi üçün polisə çağırılıb.

Bu zaman polisə müqavimət göstərən xəstə ona bıçaq zərbəsi endirib.

Polis əməkdaşı çiynindən xəsarət alıb. Hücum edən şəxs saxlanılıb və xüsusi xəstəxanaya yerləşdirilib. (trend)

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR