Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Arvadına və qızına işgəncə verən şəxs ölü tapıldı

20.04.2020 13:14

Türkiyənin Ağrı vilayətində qızına və arvadına işgəncə verən şəxs ölü tapılıb.

"Demirören Haber Ajansı”nın (DHA) verdiyi məlumata görə, hadisə Doğubəyazit rayonunda baş verib.

Belə ki, spirtli içki və narkotik maddə istifadəçisi olduğu iddia edilən Ramazan İnanç arvadı Müjgan İnançı döydükdən sonra sellofan paketi əridərək, onun üzünə və ayağına töküb və onaişgəncə verib. Anasının səsinə gələn qızı N.İnançın da alnına sellofan paketi əridib tökən həmin şəxsbeş ay müddətinəhəbs edilib.

10 gün əvvəl həbsdən buraxılan R.İnanç bu gün üç güllə ilə sinəsindənvurularaq öldürülüb.

Məlum olub ki, R.İnanç həbsdən çıxdıqdan sonra arvadının əmisi Mehmet Əli Akdağın evinə gedib. Onlar arasında yaranan mübahisə nəticəsində R.İnanç arvadının əmisini bıçaqlayaraq, qaçıb.

Şahidlərin dediyinə görə, bundan sonra onunla birgə üç avtomobildəhadisə yerinə gələn 13 nəfərdöydükdən sonra R.İnançı öldürüblər. Onların Əli Akdağın qohumları olduğu bildirilir. Hazırda həm şəxslərin ifadələri alınır./oxu.az

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR