Karantin rejimini pozub futbol oynayan şəxslər cərimələndi

20.04.2020 12:56

Oğuzda karantin rejimini pozaraqfutbol oynayan şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıxidmətdə olan zaman rayonun Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq, futbol oynadıqlarını müəyyən ediblər.

Həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimə ediliblər.

© xezerxeber.az


214 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR