Operativ Qərargah: Azərbaycanda 25 nəfər yeni koronavirusa yoluxdu, 122 nəfər sağalaraq evə buraxıldı

19.04.2020 17:05

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına 25 yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərXəbər-ə bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, ürəyin işemik xəstəliyi, arterial hipertenziya, postinfarkt kardiosklerozu olan 1940-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95 min 747 test aparılıb.


© xezerxeber.az

FOTOQALERIYA






676 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR