Türkiyədə ana yatan uşağını boğub öldürdü

07.04.2020 16:32

Türkiyənin Denizli şəhərində qadın dörd yaşlı oğlunu boğaraq öldürüb.

"HaberGlobal” məlumat verir ki, 35 yaşlı Nagihan K. bacısı ilə telefonla danışan zaman hadisəni etiraf edib.

İddiaya görə, qadın gecə otağında yatan azyaşlı övladını boğaraq öldürüb.

Bundan sonra ağlayaraq, eyni binada yaşayan bacısına zəng edib və ondan kömək istəyib.

Qadının bacısı təcili yardım çağırsa da, artıq gec olub. Uşağın meyiti araşdırılma üçün morqa aparılıb.

Nagihan K. saxlanılıb. Araşdırmalar davam edir.

© xezerxeber.az


149 dəfə oxunub

XƏBƏRLƏR

29.05.2020 14:41

“Yura” tutuldu

ÇOX OXUNANLAR