Mağazaya girib 20 telefon oğurladı - BAKININ MƏRKƏZİNDƏ

31.03.2020 18:24

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

Martın 30-na keçən gecə Səbail rayonu ərazisindəki mağazaların birindən 2000 manat dəyərində 21 ədəd mobil telefonun oğurlanması barədə 9-cu Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun həmin gecə digər bir gözəllik salonundan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Tutulan şəxs ətrafında araşdırma aparılır.

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR