Bakıda mağazadan ərzaq və siqaret oğurladılar

31.03.2020 13:03

Bakının Binəqədi rayonunda yerləşən mağazadan min manat məbləğində oğurluq edilib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Martın 29-da Biləcəri qəsəbəsində naməlum şəxslər 1969-cu il təvəllüdlü Elşən Ələkbərova məxsus mağazanın qapısının kilidini açaraq ora daxil olub, min manat dəyərində ərzaq məhsulları,kassadan 60 manat oğurlayıblar.

Nizami rayonu, Naxçıvani küçəsində yerləşən, 1976-cı il təvəllüdlü Arif Əkbərova məxsus mağaza da oxşar şəkildə qarət edilib. Naməlum şəxslər mağazadan 700 manatlıq tütün məhsulları oğurlayıb.

Qeyd edək ki, indiyə qədər bu faktlarla bağlı həbs olunanlar yoxdur. Bu istiqamətdə araşdırmalar davam etdirilir.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR