Bakıda qadın qaynı tərəfindən qətlə yetirilib

28.03.2020 12:14

Bakıda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, martın 26-da Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində qətlə yetirilməsi barədə Qaradağ RPİ-nin 11-ci polis bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə L.Kərimlinin qaynı, əvvəllər məhkum olunmuş S.Kərimov tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Kərimov saxlanılıb.

© xezerxeber.az

FOTOQALERIYA






196 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR