59 yaşlı şəxsin idarə etdiyi motosiklet avtomobillə TOQQUŞDU

29.02.2020 13:01

Neftçala rayonunda yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə axşam saatlarında Mikayıllı kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Gözəlov Rafael Soltan oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Report.az

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

29.03.2020 17:08

Avropa yay vaxtına keçib

ÇOX OXUNANLAR