Qayınata gəlini ilə nikah bağladı, qayınana da öldürdü

26.02.2020 15:37

Türkiyənin Bursa şəhərində oğlu ölən ata gəlini ilə nikah bağlayıb.

"Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, 36 yaşlı Dilək Okanın əri qəzada ölüb.

Bundan sonra qayınatası Şaban Okan bir uşaq anası olan gəlini ilə dini nikah bağlayıb.

D.Okan qayınatası Ş.Okan və onun arvadı Fatma Okanla bir evdə yaşayıb.

Bir müddət sonra D.Okan üç aylıq hamilə olduğunu öyrənib və həmin gün pəncərədən yıxılıb. Xəstəxanaya çatdırılan qadın polisə və həkimlərə F.Okanın onu itələyərək yıxdığını deyib.

Həkimlər D.Okanın həyatını xilas edə bilməyiblər. Polis F.Okanı tutub.

Məhkəmədə Ş.Okan arvadının D.Okanı itələyib yıxacağını düşünmədiyini deyərək, onların münasibətlərinin yaxşı olduğunu bildirib.

O, DiləkOkanın ondan hamilə olduğunu, F.Okanın isə bundan xəbərdar olmadığını deyib.

F.Okangünahını etiraf etməyib.

Məhkəmə qərarı ilə o, qəsdən adam öldürməmaddəsi ilə ömürlük azadlıqdan məhrum edilib./oxu.az

© xezerxeber.az


196 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR