Masazır sakini güllələnərək öldürülüb

25.02.2020 19:35

Sumqayıtda ağır cinayət törədilib.

Hadisə bir neçə gün əvvəl Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Orta yaşlı kişi əvvəlcə döyülüb, daha sonra güllələnərək öldürülüb. Hadisəni törədən şəxslər meyiti Masazıra apararaq orada basdırıblar.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Qətlə yetirilən şəxsin meyiti basdırıldığı yerdən çıxarılaraq tibbi ekspertizaya təhvil verilib.


Araşdırmalar zamanı qətlə yetirilən şəxsin Abşeron rayonu Masazır qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mircəfərov Zaur Mirdadaş oğlu olması müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. (APA)

© xezerxeber.az


236 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR