Bakıda canavar 54 yaşlı kişiyə hücum etdi - FOTO

19.02.2020 09:44

Bakının Sabunçu rayonunda canavar yerli sakini dişləyib.

"Report” xəbər verir ki, canavarın hücumuna Maştağa qəsəbəsi, "Savalan” yaşayış massivinin sakini1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu məruz qalıb.

Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib.

C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR