Bakıda iki avtomobil oğurlanıb

25.01.2020 15:51

Bakıda iki avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Bağırova məxsus "TOFAŞ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Qurbanov saxlanılıb.

Bundan başqa, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Tinatiyevə məxsus "VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N. Stepanov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


304 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR