Ərdoğan: "Bu müharibəni Almaniya ilə birlikdə sonlandıracağıq"

24.01.2020 16:03

"Hədəfimiz Liviya münaqişəsini Almaniya ilə birlikdə sona çatdırmaqdır”.

Bu sözləri Türk-Alman Universitetinin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Suriyada 9 ildir davam edən münaqişədən sadəcə Türkiyə kimi qonşu ölkələr deyil, Almaniya da pay alır. Liviyada da tədbirlər görülməsə, böyük dram yaşanacaq. Berlin zirvəsi üçün Almaniyaya təşəkkür edirəm. Liviya xalqının yanındayıq. Bu prosesdə alman dostlarımızla birlikdə çalışacağıq”, - Ərdoğan bildirib.

Tədbirdə iştirak edən Almaniya kansleri Angela Merkel isə iki ölkə arasındakı elmi, siyasi münasibətlərdən bəhs edib./publika.az

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR