Azərbaycanda qəndə ağardıcı maddə qatan iranlı həbs olundu

23.01.2020 14:32

Azərbaycanda qənd məhsullarına "Natrium disionid" adlı ağardıcı maddə qatan İran vətəndaşı həbs olunub.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə deyib.

Onun sözlərinə görə, bu şəxs tərəfindən Azərbaycanda sex açaraq fəaliyyət göstərib. Hımin sexdə isə sözügedən kimyəvi maddə şəkərə əlavə edilib: "Biz tövsiyə etmirik ki, hər hansı kimyəvi maddə təkrar şəkərə qatılsın. Burada müəyyən texnoloji ardıcıllıq var və həmin texnoloji ardıcıllığa riayət olunsa, heç bir əlavə qatqılara ehtiyac olmayacaq". (report)

© xezerxeber.az


184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR