Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Goranboyda gəlinini öldürən qayınatanın işi ilə bağlı - Yeni xəbər

20.01.2020 17:28

Goranboy rayonunda gəlinini qətlə yetirməkdə təqsirli bilinən Qasım İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra ifadə verən Qasım İsgəndərov özünü təqsirli bilməyib. O, gəlinin qısqanclıq zəminində öldürdüyü deyib.

Növbəti proses yanvarın 24-də davam edəcək.

İttihama görə, Goranboy rayonunun Hazırəhmədli kəndində kənd sakini Qasım İsgəndərov gəlini Samirə Məmmədovanı öldürüb.

Məlum olub ki, hadisə qısqanclıq zəminində törədilib.

Belə ki, Goranboy rayon Hazırəhmədli kənd sakini, 76 yaşlı Qasım İsgəndərov 39 yaşlı gəlini Samirə Məmmədovanı qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirib.

İstintaq orqanı tərəfindən Qasım İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib./teleqraf

© xezerxeber.az


166 dəfə oxunub

ÇOX OXUNANLAR