Toydan qayıdan ailə qəzaya düşdü: 5 yaralı var

19.01.2020 12:55

Toy məclisindən evə qayıdan ailə qəzaya uğrayıb.

XəzərXəbər APA-ya istinadən bildirir ki, hadisə rayonun Şirinbəy kəndi ərazisində qeydə alınıb.

Belə ki, Cəfərov Elxan idarə etdiyi Vaz 2107 markalı avtomobillə hərəkət edərkən idarə etməni itirib. Avtomobil aşıb. Qəza nəticəsində sürücü E.Cəfərov və onun ailə üzvləri Cəfərova Aygün, Cəfərova Xanım, 13 yaşlı Cəfərov Fərid Elxan oğlu və 11 yaşlı Cəfərov Elton Elşən oğlu ağır xəsarətlər alıb.

Yaralılar Bakıya 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

© xezerxeber.az


163 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR