Xətaidə evlərdən külli miqdarda oğurluq edən şəxs saxlanılıb

14.12.2019 15:08

Xətai rayon ərazisindəki 4 evdən oğurluqda şübhəli bilinən R.Namazov saxlanılıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 14.920 manat pul, 11.200 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Namazov saxlanılıb.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR