Bakıda evdən 20 min manat oğurlandı

11.12.2019 14:02

Bakıda evdən külli miqdarda pul oğurlanıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 20.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Heydərov saxlanılıb. Oğurluqda iştiak etmiş əvvəllər məhkum olunmuş daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© xezerxeber.az


290 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR