Təyyarədə şok olay – Sərnişini əqrəb sancdı

10.12.2019 16:11

ABŞ-ın San Fransisko şəhərindən Atlantaya uçan sərnişin təyyarəsində bədbəxt hadisə yaşanıb.

"United Hava yolları”na məxsus təyyarədə sərnişinlərdən birini əqrəb sancıb. Ayağında şiddətli ağrı hiss edən sərnişin şalvarından əqrəb sürüşdüyünü görüb. Dərhal zərərçəkən şəxsə ilkin tibbi müdaxilə edilib, uçuşa məsul heyət əqrəbi tutub qutuya salıblar.

İlkin ehtimallara görə, əqrəb təyyarəyə çanta və ya çemodanda girib./teleqraf

© xezerxeber.az


314 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR