Bakıda minik avtomobilinin banında 27 yaşlı qadının meyiti aşkarlanıb

08.12.2019 09:39

Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının qarşısında dayanan minik avtomobilinin banından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1992-ci il təvəllüdlü Ötümova Sevinc İlham qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

© xezerxeber.az


364 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR