Daxili İşlər Nazirliyi Ağdamda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 5-də Ağdam rayonunun Yüzbaşılı kəndində yaşayan, əvvəllər məhkum olunmuş C.İsmayılovun həyətinə gəlmiş şəhər sakini O.Məmmədovla aralarında baş vermiş münqişə zamanı C.İsmayılovun tüfəngdən açdığı atəşlə O.Məmmədova xəsarət yetirməsi barədə DİN-in "102” Zəng Mərkəzinə məlumat daxil olub.
Xəsarət almış O.Məmmədov xəstəxanaya yerləşdirilib.
Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İsmayılov saxlanılmışdır. Ondan cinayəti törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş "İJ-16” markalı tüfəng götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
© xezerxeber.azÖlkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi açıqlanıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Səhiyyə naziri peyvənd olunandan sonra mətbuata açıqlama verdi
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB