Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Üzərində narkotik vasitə olan sürücü hadisə yerindən qaçıb

18.11.2019 17:05

Yeni Ələt-Astara yolunun 47-ci kilometrliyində Kürdəmir rayon sakini M.İbrahimovun idarə etdiyi "VAZ-2107” markalı avtomobil konstruksiyaları dəyişdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, akt tərtib olunarkən sərnişin Y.Fətəliyev əlindəki balaca bükümü yerə ataraq sürücü ilə birlikdə hadisə yerini tərk edib.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Y.Fətəliyev saxlanılaraq Salyan rayon polis şöbəsinə təhvil verilib.

Araşdırmalarla həmin bükülüdə 20 qramdan artıq heroin və 0,170 qram metamfetaminin olması müəyyən edilib.

Sürücünün saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR