Cəbhə xəttindəki hərbi hissədə ardıcıl partlayışlarla bağlı RƏSMİ AÇIQLAMA

18.11.2019 14:18

Türkiyənin Şanlıurfa şəhərində yerləşən 20-ci Zirehli Tuqay Komandanlığının silah anbarında meydana gələn partlayışla bağlı rəsmi açıqlama verilib.

Türkiyə Müdafiə Nazirliyipartlayışla bağlı görüntüləri analiz edib və hadisə şahidlərini dindirib.

Hesabata görə, partlayış xarici səbəblərdən qaynaqlanmayıb. Sursatlar mövsümi dəyişikliklər və mövcud depolama şərtlərinin təsirlərinə məruz qalaraq kimyəvi reaksiyaya girib və bununla da hadisə baş verib.

Qeyd edək ki, hadisə 13 noyabrda baş vermişdi./publika.az

© xezerxeber.az


180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR