Bakıda avtomobil körpüdən aşıb - Sürücü tapılmır + FOTO

17.11.2019 16:37

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil körpüdən aşıb.

"Ravon" markalı avtomobil Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən yolötürücü körpü ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb və körpüdən aşağı düşüb.

Əraziyə polis əməkdaşları yaxınlaşan zaman orada sürücünü aşkar etməyiblər. Onun ərazidən yayındığı, eyni zamanda xəsarət aldığı ehtimal olunur.

Hazırda polis sürücünün şəxsiyyətini və qəzanın təfərrüatlarını müəyyənləşdirməyə çalışır./apa

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR