Tərtərdə körpə doğuş zamanı öldü

15.11.2019 10:47

Tərtərdə uşaq ölümü baş verib.

Hadisə Tərtər Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb. Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü İlahə Eldar qızı Axundova doğuş məqsədi ilə xəstəxanaya daxil olub. Doğuş zamanı körpə ölüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa/

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR